ONN İnformasiya Agentliyi

Kiyev Krımın qaytarılmaq üsulunu açıqladı

Kiyev Krımın qaytarılmaq üsulunu açıqladı
19 Dekabr 2017 - 22:15

Rusiyaya qarşı təzyiq və sanksiyalar Krımın Ukraynaya qaytarılmasına gətirib çıxaracaq.

ONNmedia “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Yuri Qrımçak bildirib.

Onun sözlərinə görə, yarımada ilə Luqansk və Donetsk “xalq respublikaları”nın Kiyevin nəzarəti altına qaytarılmasının mexanizmi eynidir.

“Bu, iqtisadi, maliyyə və başqa sahələrdə təzyiqdir. Rusiyanın bu siyasəti ona çox baha başa gəlməlidir”, – nazir müavini deyib.

Qrımçak qeyd edib ki, hansısa bir anda Krımın saxlanılması Rusiya üçün “zəhərli”, onun Ukraynaya qaytarılması isə “qurtuluş” olacaq.

Qeyd edək ki, Moskva Krım yarımadasının Rusiya ilə birləşdirilməsi haqqında məsələni bağlanmış məsələ hesab edir. Yarımada 2014-cü ilin əvvəlində Maydan hadisələri fonunda zəbt edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png