ONN İnformasiya Agentliyi

Koronavirus hələ zirvəyə çatmayıb, 18 ay sonra… – ÜST-dən QORXUNC AÇIQLAMA

Koronavirus hələ zirvəyə çatmayıb, 18 ay sonra… – ÜST-dən QORXUNC AÇIQLAMA
14 Aprel 2020 - 17:11

Koronavirus Avropada hələ zirvəyə çatmayıb.

ONN media xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris səsləndirib.

BMT-nin Cenevrə ofisində videokonfrans keçirən Harris dünyanın peyvəndi tapması üçün 12 ay və ya daha çox zamana ehtiyacı olduğunu bildirib.

“Pandemiyanın dünya miqyasında mənzərəsinə baxdıqda, yoluxmaların 90%-nin Avropa və ABŞ-da olduğunu görürük. Dolayısı ilə zirvəni hələ müşahidə etməmişik. İtaliya və İspaniyada yoluxma səngiyir, amma Böyük Britaniya və Türkiyədə artmağa davam edir”.

Qeyd edək ki, ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus 27 martdakı açıqlamasında koronavirus peyvəndi üçün minimum 12-18 ay lazım olduğunu bildirmişdi.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png