ONN İnformasiya Agentliyi

Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib

Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib
16 Yanvar 2018 - 8:44

Amerikalı alimlər Madaqaskarda cırtdan lemurların yeni növünü kəşf ediblər.
ONN media “Report”-a istinadən xəbər verir ki, yeni növ "Primate Conservation" jurnalında təsvir edilib.
Heyvan avstraliyalı primatoloq Kolin Qrovsun şərəfinə "Cheirogaleus grovesi" – cırtdan lemur Qrovs adlandırılıb. Onun bədəninin uzunluğu 17 sm, quyruğunun uzunluğu 28 sm-dir. Digər lemurlarda olduğu kimi, onun da böyük gözləri və güclü dırnaqlı barmaqları var. Bu canlılar adanın cənub-şərq hissəsində yaşayır və iki milli parkda – Ranomafana və Andrinqitrada aşkar edilib. Onlar tropik meşələrdə məskunlaşır və əsasən, meyvələrlə qidalanırlar.
Yeni növü DNT analizi sayəsində kəşf etmək mümkün olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png