ONN İnformasiya Agentliyi

Mahaçqala meri saxlanıldı — Torpaq alveri ittihamı

Mahaçqala meri saxlanıldı — Torpaq alveri ittihamı
20 Yanvar 2018 - 12:36

Mahaçqala şəhərinin meri Musa Musayev vəzifə səlahiyyətlərini aşma maddəsi ilə saxlanılıb.

ONN media "Ölkə.Az" istinadən xəbər verir ki, Dağıstanın istintaq komitəsi bu xəbəri təsdiqləyib.

Dünən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Musayevin evində və kabinetində axtarış aparıblar. İstintaq Komitəsindən bildirilir ki, Musayev vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham edilir.

İstintaqın versiyasına əsasən, Mahaçqala meri şəhərdəki torpaq sahəsinin kommersiya şirkətinə satılması barədə sərəncam imzalayıb. Şirkət torpaq sahəsi üçün 1.1 milyon rubl ödəyib. Amma ərazinin bazar qiyməti 81 milyon rubldan çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png