ONN İnformasiya Agentliyi

Merkelin gəlirləri nə qədərdir?

Merkelin gəlirləri nə qədərdir?
21 İyul 2019 - 19:31

AFR-nın kansleri Anqela Merkelin aylıq gəlirləri haqqında məlumatlar açıqlanıb.

ONN media xəbər verir ki, siyasətçi ayda 19 796,68 avro alır ki, bunun da 17 701,40 avrosu Merkelin rəsmi maaşıdır.

Bu məcmu məbləğin maaşın üstünə artırılan əlavə gəlirlər hesabına alındığı bildirilir. Belə ki, vəzifə üzrə 30,68 avro, həm əlavənin rayon əmsalı, həm də xidməti xərclər üzrə bir min avrodan artıq əlavə ödəniş nəzərdə tutulur.

Bundan başqa, Merkel nümayəndəlik xərclərinin Bundestaqın üzvü olduğu üçün 50%-ni, parlament üzvü kimi isə 25%-ni alır.

Mütəxəssislərin hesablamalarına əsasən, Merkelin illik gəliri 333 min avro təşkil edir. (oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png