ONN İnformasiya Agentliyi

Mikrofon açıq qaldı, türkiyəli nazir biabır oldu – VİDEO

Mikrofon açıq qaldı, türkiyəli nazir biabır oldu – VİDEO
15 Avqust 2019 - 14:26

Türkiyədə dövlət işçilərinin maaşlarının artırılması üçün keçirilən mətbuat konfransında yaşanan hadisə ölkədə mübahisələrə səbəb olub.

ONN media xəbər verir ki, konfrans zamanı Türk İş (işçilərin hüquqlarını müdafiə edən qurum) rəhbəri Ergün Atalay, hökumətin maaşlarla əlaqədar verdiyi daha az təklifi qəbul etdiyini belə açıqlayıb: “Söhbət uzansa iş qarışacaq. Ən azından belə bağladıq”.
Amma o bu sözləri ictimaiyyətə yox, gizlicə Türkiyənin əmək naziri Zəhra Zümrüd Səlcuqa deyib. Bu zaman o, önündəki mikrofonu əli ilə bağlayıb. Digər mikrofonlardan xəbərsiz olduğu üçün, işçilərin hüquqlarını müdafiə etməli olan Türk İş rəhbərinin hökumətin daha az təklifinə razı olması isə beləcə gün üzünə çıxıb.
E. Atalayın  bu sözləri ictimaiyyət tərəfindən sərt tənqid olunub və sosial şəbəkəlrdə geniş etirazlara səbəb olub. Bir çoxları isə dərhal E. Atalayın işindən azad edilməsini tələb ediblər.
Qeyd edək ki, məsələni Türkiyədə fəaliyyət göstərən FOX televiziyası işıqlandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png