ONN İnformasiya Agentliyi

Minskdə gərginlik yenidən başladı

Minskdə gərginlik yenidən başladı
30 Avqust 2020 - 17:49

Minskin mərkəzindəki İstiqlaliyyət prospektində mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

ONN media xəbər verir ki, insident Milli Təhlükəsizlik Komitəsinin (KQB) binasının qarşısında baş verib. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətdə hərəkət ediblər.

Bununla yanaşı, OMON qüvvələri də İstiqlaliyyət prospektində etirazçıların qarşısını kəsib. Məlumata görə, nə mitinq iştirakçıları, nə də güc strukturlarının əməkdaşları irəli getmir.

Paytaxt Minskin mərkəzindəki 4 metrostansiya bağlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png