ONN media

Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı

Moskvada Azərbaycana aid tarixi sikkə tapıldı
28 İyun 2019 - 15:49

İyunun 26-da Moskvanın İlinki rayonunda aparılan geniş abadlıq işləri çərçivəsində tapılan nümunələr arasında arxeoloqlar Azərbaycana aid sikkə aşkar ediblər.

ONN media xəbər verir ki, bu barədə “Paytaxt Arxeologiya Bürosu”nun baş direktoru Konstantin Voronin danışıb.

Voroninin sözlərinə görə, bölgədən tapılan arxeoloji nümunələr burada XVII-XIX əsrlərdə qızğın ticarət aparıldığını sübut edib”.

“Qarşımızda unikal sikkə dayanır. Bunlar Şirvanda – Qafqazda, şimalda Dərbənddən tutmuş cənubda Kür çayının deltasına qədər uzanan tarixi əyalətdə dövriyyədə olub. İndi bu ərazidə Azərbaycan yerləşir”.

“Paytaxt Arxeologiya Bürosu”nun elmi işlər üzrə direktoru İvan Volkovun sözlərinə görə, tapılan sikkə 17-ci əsrə aiddir və bu cür pullar heç vaxt Moskvada istifadə edilməyib.

Rus alimlərin fikrincə, bu sikkə nə vaxtsa suvenir olaraq bura gətirilib:

“Bütün bunlar o dövrün Moskvasının digər şəhərlər və dövlətlərlə geniş ticarət əlaqələri saxladığını göstərir. Yəqin ki, yerli bir Afanasi Nikitin həmin əyalətə səfər edib və onun cibində bu kiçik sikkə qalıb. Daha sonra həmin sikkəni itirib”, – Voronin bildirib.

Qeyd edək ki, tapılan arxeoloji nümunələr tədqiqatlardan sonra Moskva muzeyinə təhvil veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png