ONN media

Müğənniyə görə arvadını və oğlunu tərk etdi

Müğənniyə görə arvadını və oğlunu tərk etdi
12 Sentyabr 2019 - 19:46

“VİAQra” qrupunun keçmiş solisti Anna Sedokova yeni qalmaqalın mərkəzindədir.

ONN media xəbər verir ki, ifaçının latviyalı sevgilisi Yanis Timma ona görə arvadını və oğlunu tərk edib. 27 yaşlı basketbolçu İnstaqram səhifəsində həyat yoldaşı Sanadan hələ yarım il əvvəl ayrıldığını yazıb. Bu isə Sana üçün gözlənilməz olub. Basketbolçunun xanımı sosial şəbəkədə ərinin ayrılıq elanına münasibət bildirib:

“Yarım il əvvəl ayrıldığımızı mən ərimdən indi öyrənirəm. Doğrudur? Mən bunu bilmirdim. Bildiyim bir şey var ki, yarım il əvvəl sən mənə xəyanət etmisən”.

Qeyd edək ki, Anna məsələyə münasibət bildirməyib. (qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png