ONN İnformasiya Agentliyi

NATO Türkiyəyə qarşı vuruşacaq?

NATO Türkiyəyə qarşı vuruşacaq?
14 Oktyabr 2019 - 11:07

NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” antiterror əməliyyatını şərh edərkən deyib.

“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.

Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin “çətinləşə” biləcəyindən narahatlığını ifadə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png