ONN İnformasiya Agentliyi

Obamanın köynəyi satıldı — BU QİYMƏTƏ

Obamanın köynəyi satıldı — BU QİYMƏTƏ
20 Avqust 2019 - 20:44
ABŞ-ın sabiq prezidenti Barak Obamanın basketbol köynəyi hərracda 120 min dollara satılıb.

ONN media xəbər  verir ki, auksion Texas şatatının Dallas şəhərində baş tutub. Auksionda müxtəlif əşyalar satışa çıxarılıb ki, bunların arasında daha çox idmanla bağlı əşyalar olub.

Auksiona çıxarılan əşyalar arasında Barak Obamanın  bir zamanlar Havay ştatının Qonolulu şəhərində yuxarı siniflərdə oxuyarkən “Panuxo” basketbol komandasında oynayarkən geyindiyi köynək də olub.

Obama bu məktəbi 1979-cu ildə bitirib. Auksion evindən verilən xəbərə görə, Obamanın satılan köynəyindən əldə edilən gəlirin bir qismi  onun bir zamanlar oxuduğu məktəbin büdcəsinə köçürüləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png