ONN İnformasiya Agentliyi

Paşinyan Qasparyanı istefaya göndərdi

Paşinyan Qasparyanı istefaya göndərdi
25 Fevral 2021 - 13:16

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

ONN media  xəbər verir ki, bu barədə özü feysbukdakı canlı yayımında açıqlayıb.

Paşinyan tərəfdarlarını “inqilabı müdafiə etmək” üçün Respublika Meydanında toplanmağa çağırıb və ordunun tələbini “çevriliş cəhdi” adlandırıb: “Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda açıqlayacağam”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəhbərliyi Paşinyanı istefaya çağırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png