ONN İnformasiya Agentliyi

Prezidentlər arasında telefon danışığı olub

Prezidentlər arasında telefon danışığı olub
26 Fevral 2018 - 15:31

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
 
ONN media-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan telefon danışığı zamanı E. Makronu “Zeytun budağı” əməliyyatının gedişi barədə məlumatlandırıb. O bildirib ki, Afrin terrorçulardan təmizləndikdən sonra qaçqınlar Suriyaya geri dönəcək. 
 
İki lider, Suriyadakı siyasi məsələlərin həlli üçün birgə işləməyin əhəmiyyətinə toxunaraq Şərqi Qutada humanitar vəziyyətin yaxşılaşdırılması üçün atəşkəsin əhəmiyyətinə diqqət çəkib. 
 
Tərəflər qarşıdakı proseslər zamanı da telefon əlaqəsini davam etdirmək barədə razılıq əldə ediblər. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png