ONN İnformasiya Agentliyi

Putin və Merkel Qarabağdakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Putin və Merkel Qarabağdakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
07 Dekabr 2020 - 16:42

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Baş naziri Angela Merkel ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını bəyan ediblər.

ONN media  bu barədə Kremlin mətbuat katibinə istinadla xəbər verir.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ilə telefonla danışıb. ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazırlıqdan bəhs edilib.

Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə edilib. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilən vasitəçilik səyləri, habelə təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın istəyi ilə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə məlumat verib”, – deyə bildirilir.

“Bundan əlavə, Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin bölgədəki vəziyyətin ümumi sabitləşməsinə kömək edəcəyindən bəhs olunub.

Qarşıdurmalardan təsirlənən əhalinin aktual problemlərinin həllinin vacibliyinə də toxunulub. Bu baxımdan Rusiyanın yaratdığı Humanitar Yardım Mərkəzinin işinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinin zəruriliyi də vurğulanıb”, – deyə qeyd edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png