ONN İnformasiya Agentliyi

Qəzzada xəstəxananı vuranı necə müəyyən etmək olar?

Qəzzada xəstəxananı vuranı necə müəyyən etmək olar?
18 Oktyabr 2023 - 11:29

HƏMAS-ın İsrailə hücumunun ardınca Qəzzada xəstəxananın vurulması Yaxın Şərqdə böyük müharibə planı müəlliflərinin növbəti “uğurlu” addımıdır.

ONN media xəbər verir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

Ekspert hazırda əsas məsələnin hadisə yerində beynəlxalq monitorinqin aparılması olduğunu vurğulayıb:

“Tərəflərin bir-birini ittiham etməsi də təbiidir. Çünki xəstəxananı kimin hədəfə alması onun arxasında duranı, başqa sözlə müharibə planı müəllifini üzə çıxara bilər. İndi əsas məsələ oranın hansı silahla vurulduğunu təsdiq etmək üçün hadisə yerində müstəqil beynəlxalq ekspertlər tərəfindən monitorinqin aparılmasıdır. Belə bir monitorinqin həyata keçirilməsinə ən müxtəlif yollarla kim mane olacaqsa, deməli, xəstəxanaya zərbə endirən da olur”.

Qeyd edək ki, dünən İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını raketlə vurması nəticəsində 800 nəfərdən çox mülki insan həyatını itirib.Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.

İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png