ONN İnformasiya Agentliyi

Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır

Rusiya Azərbaycanla sərhədə əlavə ordu yığır
24 Aprel 2019 - 16:05

Rusiyanın özünün qərb və cənub hərbi dairələrindəki qüvvələrinin tərkibini NATO və ABŞ-ın artan aktivliyinə cavab olaraq gücləndirmək məcburiyyətindədir.

ONN media xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. Onun sözlərinə görə, bu dairələrdəki qüvvələrin tərkibi digər hərbi dairələrdəki qüvvələrin sayının azaldılması hesabına gücləndiriləcək.

Gerasimov bildirib ki, ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemlərini yerləşdirməsinə cavab olaraq Rusiya öz qoşunlarına perspektivli silahların tədarükünü prioritetə çevirib.

Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsi Rusiyanın cənub sərhədlərinin müdafiəsinə cavabdehdir. Belə ki, bu hərbi dairənin tərkibində Krımdakı, Rusiyanın Ukrayna ilə sərhədindəki, Şimali Qafqazdakı, Abxaziya, Cənubi Osetiya və Ermənistandakı qoşunları daxildir. Xəzər donanması və Qara dəniz donanması da Cənub Hərbi Dairəsinin tərkibində yer alır.

Bu hərbi dairə həmçinin Rusiyanın Suriyadakı əməliyyatlarına da nəzarəti həyata keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png