ONN İnformasiya Agentliyi

Rusiya bu ölkənin səfirini qovur- SƏBƏB NƏDİR?

Rusiya bu ölkənin səfirini qovur- SƏBƏB NƏDİR?
23 Yanvar 2023 - 14:29

Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır.

ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Estoniya səfiri XİN-ə çağırılıb və Tallinin hərəkətlərinə görə ona kəskin etiraz edilib.

“Rusiya tərəfi Estoniyadakı diplomatik nümayəndəlik səviyyəsini aşağı salmaq qərarına gəlib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu, Tallinin Rusiya səfirliyinin tərkibini kəskin ixtisar etməsinə cavabdır və Xarici İşlər Nazirliyi buna görə bütün məsuliyyətin tamamilə Estoniya tərəfinin üzərində olduğunu izah edib.

Estoniya səfirinə fevralın 7-dək Rusiya ərazisini tərk etmək əmri verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png