ONN İnformasiya Agentliyi

Rusiya ilə əlaqələr strateji xarakter daşıyır – XİN

Rusiya ilə əlaqələr strateji xarakter daşıyır – XİN
17 Noyabr 2017 - 16:21
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 19-20-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  ONN media-ya verilən məlumata görə, səfər çərçivəsində S.Lavrovun Xarici İşlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.
XİN bildirir ki, qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır:
“Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır. Xarici İşlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiyada işgüzar səfərdə olub”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png