ONN İnformasiya Agentliyi

Rusiya rəsmən işğala başladı

Rusiya rəsmən işğala başladı
25 Aprel 2019 - 10:41

Rusiya Prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ilk böyük zərbəsini də vurdu.

ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qərarını şərh edərkən deyib. O bildirib ki, bu addım Donbasın Ukraynadan qoparılması prosesini sürətləndirməyə xidmət edir:

“Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskda separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək. Bu o deməkdir ki, Kreml Donbası Ukraynadan qoparmaq prosesini sürətləndirir. Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər. Kreml hətta nə vaxtsa hipotetik olaraq Donbası Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar coğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar, çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə, Rusiya rəsmən Donbasın işğalına başlayıb”. axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png