ONN İnformasiya Agentliyi

Rusiya və ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Əgər Türkiyə əməliyyata başlasa…

Rusiya və ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Əgər Türkiyə əməliyyata başlasa…
04 Noyabr 2021 - 12:10

Türkiyənin Suriyada mümkün əməliyyatından əvvəl bölgə aktivləşib. Rusiya Hərbi Hava Qüvvələri Tal-Tamirdən Eyn-İsaya qədər qəsəbələrdə hava və quru hərbi manevrlərini artırdığı bir vaxtda ABŞ YPG-yə 50 TIR logistika göndərib.

ONN media  xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus ilk 50 yük maşınından ibarət karvan PKK terror təşkilatının nəzarətində olan Qamışlı şəhərinə daxil olub.

Bu, Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin son görüşündən sonra baş verib. TIR karvanı İraq Kürd Regional Rəhbərliyi ilə Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından keçərək Qamışlıya daxil olub.

Türkiyəyə yeni təhlükə Əsəd cəbhəsindən gəlib. Suriya Milli Barışıq Mərkəzinin üzvü Ömər Rəhmun bildirib ki, Türkiyə Suriyanın şimalında əməliyyata başlasa, Suriya ordusu İdlibdə iki mərhələli əməliyyat keçirəcək: “Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyatı başlatdığı andan ilk mərhələdə Cebel əz-Zəviyə, Cisr əş-Şuqur, Əl-Qab və M4 magistral xətti və ondan 8 kilometr şimalda olan ərazilər azad ediləcək”.

Suriya rejiminin İdlib və ətrafına yerləşdiriləcək 25-ci Xüsusi Fəaliyyət Qüvvəsi Diviziyasına 1000 əsgərin cəlb ediləcəyi açıqlanıb. Gənclərin işə qəbulu üçün Latakiya, Xüms, Həma və Dəməşq əyalətlərinin hər birində dörd yeni işə qəbul bürosu açılıb. Bölümün təhlükəsizlik idarələri bildirirlər ki, yeni könüllülər ayda 45 dollar maaş alacaq və Həmadakı düşərgələrdə 15 günlük təlim keçəcəklər. Yerli xəbər mənbələri 550 keçmiş mülki şəxsin Həmadakı düşərgələrdə təhsilini başa vurduğunu açıqlayıb.

Suriya Milli Ordusunun komandirlərindən olan Əbdülsalam Əbdürəzzak əməliyyata hazır olduqlarını açıqlayıb: “Tal-Rifat və Eyn-əl-Ərəb (Kobani) bölgələri Türkiyə ordusu və Suriya Milli Ordusu üçün strateji hədəflər təşkil edir. PKK-ya qarşı əməliyyat üçün mütəmadi olaraq Türkiyə hərbi rəsmiləri ilə görüşlər keçirilir. Lakin bu görüşlər əməliyyat bölgələrində baş tutur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png