ONN İnformasiya Agentliyi

Rusiyadan ŞOK XƏBƏRDARLIQ: “Hücum edəcəklər”

Rusiyadan ŞOK XƏBƏRDARLIQ: “Hücum edəcəklər”
11 Sentyabr 2018 - 14:10

Suriyada kimyəvi silahla hücum təxribatı törədilə bilər.

ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin köməkçisi Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Suriyadakı terrorçuların əli ilə kimyəvi silahdan istifadə oluna bilər: “Daha sonra bu bəhanə ilə Şam günahlandırıla və ona qarşı hücuma keçə bilərlər”.

Ryabkov Türkiyə və Rusiyanın Suriya məsələsində fikir ayrılıqlarının da olduğunu deyib.

“Türkiyə də Rusiya kimi ciddi milli maraqları olan bir ölkədir. Mövqelərimiz 100 faiz üst-üstə düşməyə bilər, bu normaldır. Lakin ortaq mövqenin tapılması üçün siyasi-diplomatik addımlar atılır”, – deyə o bildirib.
 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png