ONN İnformasiya Agentliyi

Səudiyyə Ərəbistanda qadınlara haqsızlıq

Səudiyyə Ərəbistanda qadınlara haqsızlıq
01 Fevral 2018 - 23:13

Səudiyyə Ərəbistanı kralı Salman bin Abdüləziz əl Saud qadınlara avtomobil sürməyə icazə verdikdən sonra dünyada qadınların avtomobil sürməsini qadağan edən ölkə qalmayıb.

Aprel ayında hökumət “Suudi Vision 2030” inkişaf planını təqdim etmiş və qadınlarla bağlı daha çox yenilik edəcəyini elan etmişdi. Hələ ötən ayda qadınların futbol meydançalarına gedərək oyuna baxmalarına icazə verilmişdi.

Lakin Səudiyyə Ərəbistanında qadınlar hələ də kişilər ilə eyni haqlara sahib deyillər. Hətta gündəlik həyatlarındakı bir çox işlər üçün kişilərdən icazə almaları şərtdir. Ona görə də avtomobildən istifadə ilə bağlı səudiyyəli qadınlara verilən qanundan sonra “İndependent” onların hələ də sahib ola bilmədiyi haqları araşdırıb.

ONN media səduiyyəli qadınların hələ də sahib ola bilmədiyi haqları təqdim edir:

1 – Qadınlara evlənmək üçün icazə qubernator və ya qəyyumu tərəfindən verilir. Əcnəbilərlə evlənməyə çalışan qadınlar Daxili İşlər Nazirliyindən razılıq əldə etməlidir. Qeyri-müsəlmanlarla evlənmək isə adətən mümkün deyil.

2 – Ölkədə qadınların kişilərin izni olmadan görə biləcəkləri işlər var, ancaq bankda şəxsi hesablarını açmaları və idarə etmələri qadağandır.

3 – Səudiyyə Ərəbistanı hüquq sistemində bir qadının verdiyi ifadə kişinin verdiyi ifadənin yarısı qədərdir. Bundan başqa qadınlar qardaşlarının sahib olduqları mirasın yarısını alırlar.

4 – Pasport və şəxsiyyət vəsiqələri kişi qəyyumun icazəsi ilə əldə edilir. Ümumiyyətlə, qadınların evdən tək çıxmasına da icazə verilmir.

5 – “Gözəllik üçün geyinmək” anlayışı qanundan kənardır. Qadınlar çölə çıxan zaman qara örtüyü geyinmək məcburiyyətindədir.

6 – Boşanan zaman uşaqların qəyyumluğunu almaq da səudiyyəli qadınlar üçün başqa bir problemdir. Qadınlara uşaqları 7 (oğlan) və 9 (qız) yaşına çatana qədər vəlayət izni verilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png