ONN İnformasiya Agentliyi

S-400-lərlə bağlı daha bir QALMAQAL

S-400-lərlə bağlı daha bir QALMAQAL
09 İyul 2019 - 14:17

Ümid edirik ki, Hindistandan ilin sonuna qədər S-400 komplekslərinə görə avans alacağıq.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Vladimir Drojjov deyib. Onun sözlərinə görə, belə olacağı halda Hindistana S-400 tədarükü 2020-ci ildə başlayacaq və 2025-ci ilə qədər bitəcək.

O, həmçinin Hindistanın ABŞ sanksiyalarına rəğmən S-400-ləri almaq istəməsinin S-400-lərin unikallığını göstərdiyini bildirib:

“Bizə təkcə Türkiyə, Hindistan və Çindən deyil, digər ölkələrdən tədarük müraciəti var. Mən əminliklə təsdiq edə bilərəm ki, S-400 ABŞ-dan olan bütün analoqlarını üstələyir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png