ONN İnformasiya Agentliyi

Şimali Koreya lideri Trampı tənqid etdi

Şimali Koreya lideri Trampı tənqid etdi
25 May 2018 - 13:41

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampın Kim Çen Inla sammiti ləğv etməsindən “təəssüflənir” və hesab edir ki, Amerika lideri belə bir addımı “inamsızlıq” və “iradəsizlikdən” atıb.

ONN media xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda sammitin ləğv edilməsinə səbəb olan “KXDR-in düşmənçiliyi”ndən danışılıb.

“Rəsmi Vaşinqton Şimali Koreyanın xarici işlər nazirinin müavini Çxve Son Xinin ABŞ-ın vitse-prezidenti Mayk Pensin KXDR-in “Liviya ssenarisinin” gerçəkləşəcəyinin mümkün olduğuna dair bəyanatını “axmaq fikirlər” adlandırdıqdan sonra hiddətlənib.

Pxenyan hesab edir ki, Trampın görüşü birtərəfli şəkildə ləğv etməsi gözlənilməz olub. ABŞ prezidenti bu addımı zəif xarakterli olduğu üçün atıb”, – deyə məlumatda bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png