ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Azərbaycanın qonşuluğunda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ: Azərbaycanın qonşuluğunda ZƏLZƏLƏ oldu
29 Yanvar 2020 - 11:08

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun Sumar sərhəd bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 08:32-də 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Son günlər İranın qərb və cənub bölgələrində ardıcıl güclü zəlzələlər qeydə alınıb. Bu zəlzələlərdə indiyədək tələfatın olmadığı bildirilib.

Əlavə edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png