ONN İnformasiya Agentliyi

Tramp bu ölkəyə sanksiya hazırladı

Tramp bu ölkəyə sanksiya hazırladı
11 Sentyabr 2018 - 15:32

Donald Tramp administrasiyası Çinin insan hüquqlarını pozması ilə bağlı yeni sanksiyaların tətbiq edilməsi məsələsini müzakirə edir.

ONN media xəbər verir ki, bu barədə "Nyu York Tayms" yazıb.

Məlumata görə, qüvvəyə minəcəyi halda sözügedən sanksiyalar Ağ Evin Çinə qarşı insan hüquqlarının pozulduğu üçün tətbiq etdiyi ilk sanksiyalar kimi tarixə düşəcək. Ağ Evin yeni sanksiyalar məsələsini artıq bir neçə aydır müzakirə etdiyi bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl "Nyu York Tayms" nəşri Çinin Sincan Uyğur Muxtar Vilayətindəki "yenidən tədris düşərgələri"ndə bir milyona qədər etnik uyğurun saxlandığını yazmışdı. Bu düşərgələrdə uyğurlara çin dili, qanunları və əmək vərdişləri öyrədilir. Çin rəhbərliyinin bu addımı atmaqda əsas məqsədi uyğur xalqının assimilyasiyasını həyata keçirməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png