ONN İnformasiya Agentliyi

Türkiyə-İran sərhədində partlayış olub

Türkiyə-İran sərhədində partlayış olub
11 Sentyabr 2018 - 14:53

Türkiyə-İran sərhədində partlayış törədilib. 

ONN media xəbər verir ki, hadisə sentyabrın 11-də Türkiyənin İğdır əyalətinin Aralıq rayonunda, Ağrı dağının ətəklərində qeydə alınıb.

Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən əldəqayırma qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Avtomobildəki hərbçilər müxtəlif dərəcədə yaralanıblar. Onların həyatı üçün təhlükənin olmadığı da bildirilib. 

Hadisə yerində əməliyyat keçirilir, araşdırma aparılır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png