ONN İnformasiya Agentliyi

Türkiyədə fabrikdə yanğın olub

Türkiyədə fabrikdə yanğın olub
24 Aprel 2023 - 17:38

Türkiyənin Kahramanmaraş vilayətində ofis ləvazimatlarının istehsal olunduğu mebel fabrikində yanğın olub.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri yolunun 1-ci kilometrliyində yerləşən fabrikdə baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın 2 saat ərzində nəzarətə götürülüb.

Qeyd olunur ki, fevralın 6-da baş verən zəlzələlərdə fabrikin bir hissəsinin zədələnib, zədələnməmiş hissəsində isə bir müddət əvvəl istehsala başlanılıb.

Yanğın zamanı işçilərin qalması üçün qurulan bəzi konteynerlər də yararsız hala düşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png