ONN İnformasiya Agentliyi

Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü
09 Avqust 2020 - 22:47

Bu gün Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

ONN media  xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 844 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

Son sutkada 1 103 pasiyent sağalıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 223 759 nəfər təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png