ONN İnformasiya Agentliyi

Türkiyədən Rusiyaya gedən yük gəmisində PROBLEM YARANDI

Türkiyədən Rusiyaya gedən yük gəmisində PROBLEM YARANDI
27 Yanvar 2021 - 21:43

Türkiyədən Rusiyaya gedən Panama bayraqlı “Petra Star” adlı yük gəmisi mühərrik bölümündə yaranan nasazlıq səbəbindən İstanbulun Beykoz sahilində saya oturub.

ONN media xəbər verir ki, gəmi İstanbuldan Rusiyanın Qafqaz limanına doğru hərəkət edirmiş. Panama bayrağı altında üzən gəminin uzunluğu 190 metrdir.

Kapitanın yaranan nasazlıqla bağlı məlumatından sonra gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus 19 xilasedici gəmi cəlb olunub.

Xilasetmə işləri davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png