ONN İnformasiya Agentliyi

Türkiyənin xüsusi təyinatlıları Suriyanın Afrin bölgəsinə daxil olub

Türkiyənin xüsusi təyinatlıları Suriyanın Afrin bölgəsinə daxil olub
26 Fevral 2018 - 14:46

Türkiyənin xüsusi təyinatlıları Suriyanın Afrin bölgəsinə daxil olub. 

ONN media “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Qaziantepin İslahiye qəsəbəsində toplanan jandarma və polisin xüsusi təyinatlı dəstələri Afrinin terrorçulardan təmizlənmiş hissələrinə nəzarəti artırmaq üçün bölgəyə daxil olub. Yeni qüvvələr əraziyə terrorçuların sızmasının və məhəllə qarşıdurmalarının baş verməməsi üçün xidmət aparacaq.

Bildirilir ki, Türkiyənin xüsusi təyinatlı qüvvələri “Zeytun budağı” əməliyyat planı çərçivəsində Kilisin Gülbaba və Hatayın Hassa adlanan hissəsindən sərhədi keçərək irəliləyib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png