ONN İnformasiya Agentliyi

Türkiyəyə girişə yalnız bu halda icazə veriləcək

Türkiyəyə girişə yalnız bu halda icazə veriləcək
26 Dekabr 2020 - 20:30

Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində 28 dekabrdan hava, 30 dekabrdan isə quru yolla ölkə ərazisinə daxil olan şəxslərdən son 72 saatda alınmış neqativ PCR test nəticəsi ilə bağlı sənəd tələb olunacaq.

ONN media  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial mediada yazıb.

O bildirib ki, bütün dünyada koronavirusa yoluxma sürəti artdığından belə bir qərar verməli olublar.

“Bu səbəbdən də PCR test nəticələrinin yoxlanılması vacib olacaq. Əks halda, ölkəyə girişə icazə verilməyəcək”, -deyə nazir əlavə edib.

Neqativ test nəticəsi ilə bağlı xüsusi arayış təqdim etmə məcburiyyəti 2021-ci il martın 1-dək qüvvədə olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png