ONN İnformasiya Agentliyi

Ukraynadan Rusiyaya daha bir kütləvi PUA hücumu

Ukraynadan Rusiyaya daha bir kütləvi PUA hücumu
31 May 2023 - 14:07

Ötən sutka ərzində 10-a yaxın PUA Bryansk vilayətinin Klimovski rayonuna hücum edib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat verib.

“Bütün hücumlar itkisiz və dağıntısız ötüşüb”, – o bildirib.

Onun sözlərinə görə, PUA-ların bir hissəsi Klimovski rayonunun Kurşanoviçi kəndi yaxınlığında düşüb:

“Pilotsuz təyyarələrin bəziləri vurulub, bəziləri isə elektron sistemlərlə məhv edilib”.

Qeyd edək ki, bu gün səhər saatlarında Belqorod vilayətində atəş açıldığı, nəticədə ölənlərin olduğu bildirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png