ONN İnformasiya Agentliyi

Vil Smitdən ŞOK ADDIM: “Oskar” mərasimi zamanı xanımını ələ salan Kris Roku vurdu

Vil Smitdən ŞOK ADDIM:  “Oskar” mərasimi zamanı xanımını ələ salan Kris Roku vurdu
28 Mart 2022 - 12:36

ABŞ aktyoru Kris Rok Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb.

ONN media xəbər verir ki, çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin “heyranedici, çox qısa saçları” ilə bağlı zarafat edib.

Qeyd edilir ki, Vill Smit oturduğu yerdən qalxaraq səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Bu zaman verilişin səsi kəsilib və Smitin sözləri naməlum olaraq qalıb. Rok daha sonra deyib: “Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi”.

Bundan sonra mərasim həmişəki kimi davam edib.

Xatırladaq ki, qadın bu yaxınlarda bildirib ki, saç tökülməsinə səbəb olan otoimmün xəstəliyindən əziyyət çəkir. Vil Smitin xanımı bunu gizlətməyəcəyini açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png