ONN İnformasiya Agentliyi

Xəstəxanaya hücumu başqa komanda edib – Bayden

Xəstəxanaya hücumu başqa komanda edib – Bayden
18 Oktyabr 2023 - 14:00

ABŞ yüzlərlə insanın ölümü ilə nəticələnən Əl-Əhli xəstəxanasına hücumla bağlı İsrailin versiyasını qəbul edib.

ONN media xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

“Deyəsən, bunu başqa komanda edib, siz yox. Amma bəziləri bundan əmin deyillər. Xəstəxanada baş verən partlayış məni dərin kədərləndirdi və qəzəbləndirdi. Onu da xatırlamalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir və onlara yalnız əzab-əziyyət gətirib”, – Bayden bildirib.

Qeyd edək ki, ötən gün Qəzza sentorundakı Əhli-Ərəb Xəstəxanasına endirilən raket zərbəsi nəticəsində 800-dən çox insan ölüb.

Fələstin lideri Mahmud Abba ölkədə buna görə 3 günlük matəm elan edib.İsrail xəstəxanaya”İslami-Cihad”ın uğursuz raketinin düşdüyünü bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png