Məmməd ASLAN Qazi Gülxanə paşa Buludlar kişnədi, ildırım çaxdı, Sanasan dağları göy yıxacaqdı!.. Yubanma ömrümə, Qazi Gülxanə, Cərrah bıçağını sıyırma vaxtı!!! Xəstəlik ölümün birər əsgəri; Birlərdən törəyir zülmün ləşkəri. Sən meydana çıx ki, Qazi Gülxanə: Ölümün nəfəsi çəkilsin geri! Tapdı mincə Qazi nicatı burda, Qurtuldu yenidən həyatı burda! Şairə, yazara ömür bəxş etdi..! Nura dəyişirlər zülməti burda. Gülxanə: Rəhmani ordunun başı! Fəryada, zillətə, ölümə qarşı! Ulu dərgahına pənah gətirdim: Məni bu zülmətdən sabaha daşı! Tibbin və Qazinin müştərək bürcü! Gülxanə bıçağı - həyat ülgücü! Yüz ildən artıqdır aləmə bəlli: Cərrah bıçağında kamalın gücü! Gülxanədə gül yox, gül həkimlər var! Yıxılma, yıxılsan, gör ki kimlər var! Gələni ümidli, gedəni rahat; Sevinc ortamında təlatümlər var! Sən Türkün fəxrisən, fəxarətisən! Bir soyun şahlanmış kəramətisən! Sən haqqın fərahı, sağlıq neməti; Millətin ziqiymət bir sərvətisən! Həyat qovğasında hər dəfə Qazi, Sən Haqqından razı, Haqq səndən razı! Bir nurlu məşəlsən məğrur əllərdə; Fəthin təzələnir hər həftə azı! 01 mart 2015. Ankara. Gülxanə Əsgəri Tibb Akademiyası YAXŞI Kİ Çəni tapan gündən kəsilib ağrım, Könülümü göynədən bir intizarmış. Mən elə bilirdim buza dönmüşəm, Sən demə,sinəmdə tonqal yanarmış. Günləri aylara zorla düyərdim, Ömrün çiçək fəsli keçdi deyərdim, Qurumuşdum,ülfətindən göyərdim, Xoş gün görən kimi ürək baharmış. Arxanca dünyanı gəzərdi Məmməd, Yandı hicranına,közərdi Məmməd, Pislərin əlindən bezərdi Məmməd, Yaxşı ki,dünyada yaxşılar varmış.
Məmməd Aslanın şeirləri



ƏHALİYƏ XƏBƏRDARLIQ: Dəm qazı bu hallarda yaranır
Özünü yandıran qazi vəfat etdi
55 yaşlı kişi dəm qazının qurbanı oldu - Qubada
ŞOK OLAY- Daha bir qazimiz intihara cəhd etdi
Polisin qucaqladığı qazi ilə bağlı xəbər var
“Baş müəllim” - Qazi Mustafa Kamal Atatürk
Evində vəfat edən qazi 2 həftə öncə ata olubmuş
İntihar edən qazi ilə bağlı rəsmi açıqlama
Canlı yayımda damarlarını kəsən qazi xilas edildi - DİN
Ailənin tək oğlu həyatını itirdi
Dəm qazı yenə can aldı
Bakıda dilənçilik edən "qazi" ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 