ONN İnformasiya Agentliyi

MƏN ƏSGƏRƏM – OĞUZ ALPARSLAN

MƏN ƏSGƏRƏM – OĞUZ ALPARSLAN
26 İyul 2022 - 11:56

MƏN ƏSGƏRƏM!

Bir ölüb, min dirilən, ulu Türkün özüyəm mən!

Min illərdir hökm sürən, bir ulusun iziyəm mən! 

Azadlığa gedən o yol, cığır mənəm, o iz mənəm,

Sönməyən o çıraq mənəm, o köz mənəm! 

Hər qarışı qana doymuş bu torpağın fədaisi,

Çiçəkləri Şəhid qoxan vətən mənəm!

Vətən üçün candan keçən,qandan keçən,

Şəhid olub qayasında bitən mənəm! 

Mən əsgərəm!

Azərbaycan əsgəri!

Sinəsini torpağına sipər tutan,

Yağılara qan udduran əsgərəm mən!

Yumuruqları dəmir olan,

Al bayrağa salam duran əsgərəm mən! 

Mən əsgərəm!

Al günəşdən qüvvət alar tunc bədənim.

Torpağıma göz qoyanın,boynuna qılıncdır əlim! 

Mən əsgərəm!

Ulu Türkün xilaskarı o boz qurdun özüyəm mən!

Qarabağın zənguləsi, azad yurdun səsiyəm mən!

Mən Şəhidəm, bir şanlı zəfər şəhidi!

Mən Şahidəm, bir şanlı tarix şahidi!

“AZƏRBAYCAN”

Qurban bu can, hər daşına,

Hər zərrənə, qarışına

Bir gün ölsəm baş daşıma,

Yazılsın tarix daşına,

Canım qurban Azərbaycan. 

Elim sənsən, obam sən,

Yurdum sənsən, yuvam sən,

Haqq yolunda davam sən,

Vətənim sən, Azərbaycan. 

Sən sinəmdə çarpan ürək,

Sən dilimdə and yerisən.

Dörd dolansam dünyanı,

Sən bu ömrün bənd yerisən. 

Adına şeirlər qoşaram vətən

Səni misra-misra oxşaram vətən

Yoxdur bərabərin,yoxdur sənə tən,

Səninçün ölərəm,yaşaram vətən. 

Göz qoysa yağılar bircə daşına,

Uğrunda düşmənə çəpər olaram,

Əldə silah, vətənin keşiyində,

Sinəm qalxan olar, sipər olaram. 

Lap beşikdən məzaracan,

Əzəlindən taa sonacan,

Sancağına fəda can,

Azərbaycan, Azərbaycan!

SALAM VƏTƏN!

Salam olsun Azərbaycan əsgərinə!

Zəfərimin şahidinə salam olsun!

Dəmir yumruq igidlərə,

Torpaqlaşan şəhidlərə,

Ərənlərə salam olsun!

Sinəsi al qırmızı,

Gülləri şəhid qoxulu,

Vətənimə salam olsun. 

Salam olsun göylərinə,

Yerlərinə salam olsun.

Şəhid qoxan torpağına,

Güllərinə salam olsun.

Salam ey bağrı qanlı,

Can Qarabağ!

Səndə əmanətim var.

Danış görüm qardaşlarım,

Yoldaşlarım necədir? 

Son nəfəsdə vətən deyən ,

Candaşlarım necədir? 

Onlara söylə ki, darxımasınlar,

Söylə ki, qalmadı qan qiyamətə!

O gecə, and içdik axan qanlara,

Qanayan torpaqda, yatan canlara.

O ayaz gecədə,o dolunayda ,

Yüksəldi göylərə intiqam səsi.

…Qisas gecəsi!!!

Ulayan qurdların səsi duyuldu!

Qıy vurub “Qarabağ”səmalarında,

Şığıdı qartallar düşmən üstünə.

Yerlə göy birləşdi,

Dağlar oynadı.

Coşdu al bayrağım,

Sel tək çağladı. 

Anaların göz yaşı,

Tarixin qan yaddaşı,

Vətənim hər daşı,

Şəhidlərin şəhadəti eşqinə!

İrəli, irəli,yalnız irəli!

Budur, ər meydanı!

Döyüş meydanı!

Yerlə yeksan etdik,

Yağı düşmanı! 

Salam vətən, necəsən? 

Şəhidlərim necədir? 

Onlara söylə ki,darıxmasınlar.

Qisasımız qiyamətə qalmadı.

Sancıldı zirvəyə,

Azərbaycan bayrağı!

Vətənimin ay ulduzlu sancağı! 

“TÜRKƏM MƏN!”

Mən Türkəm!Əyilməz önümə başım,

Odlar diyarının, balasıyam mən.

Qılıncdır , qalxandır mənim yoldaşım,

Mərdliyin yenilməz, qalasıyam mən.

Türkəm mən!

Elim Oğuz eli ,

Milliyətim Türk!

Yurdum Azərbaycan!

Köküm soyum Türk !

Anam Türk ,

Babam Türk,

Türk oğluyam, Türk!

Türkəm mən!

Al qana boyanan,

Al bayrağım var,

Sinəmdə döyünən, qurd ürəyim var ,

Mənim Bükülməyən,

TÜrk biləyim var,

Türkəm mən!

Bozqurdam, sözümün ağasıyam mən,

Şimşək tək gurlayıb, çaxasıyam mən ,

Dönüb Qarabağın yanan köksünə,

Yurdum ,Xocalıya yağasıyam mən!

Türkəm mən!

Türkəm mən!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png