ONN media xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 71-ci kitabındakı materiallar 2015-ci ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri Antalyada “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti olub. Kitabda Prezident İlham Əliyevin Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri zamanı Sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxışı, terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr barədə materiallar yer alıb. Nəşrə dövlətimizin başçısının Sammitlə bağlı hazırlanmış xüsusi buraxılışda dərc olunmuş “Ümumi strategiyanın formalaşdırılması” məqaləsinin mətni daxil edilib. Həmin məqalədə deyilir: “Azərbaycan dünyanın ayrı-ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir”. Kitabda Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri zamanı Birgə Bəyannaməni imzalamasına, Marneulidə “Çay evi” Tədris Mərkəzi ilə tanışlığına, Fransaya işgüzar, Belarusa rəsmi və Çin Xalq Respublikasına dövlət səfərlərinə, dövlətimizin başçısına Çinin Renmin Universitetinin “Tarix üzrə Fəxri professor” diplomunun təqdim edilməsi mərasiminə dair informasiyalar toplanıb. Bu cilddə Prezident İlham Əliyevin müxtəlif nitq və çıxışları, KİV-lərə bəyanatları, həmçinin məktubları ilə tanış olmaq mümkündür. Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Yaponiya, Monteneqro, Rusiya, Pakistan, Malta, Avstraliya, ABŞ, Böyük Britaniya və digər dövlətlərin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Dünya Bankı, ATƏT, BMT və başqa təşkilatların yüksəkvəzifəli şəxslərini, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul etməsi barədə materiallar daxil edilib. Kitabda Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqinin, Azərbaycan Respublikası V çağırış Milli Məclisinin ilk iclasında, ISESCO Baş Konfransının Bakıda keçirilən XII sessiyasının açılışında çıxışlarının mətnləri də verilib. Oxucu 71-ci kitabda ölkə rəhbərinin Zaqatala rayonuna, Şəki şəhərinə, Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının yeni binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla tanış ola bilər. Dövlətimizin başçısının Bakıda yeni salınan yolların, parkların, yenidən qurulan küçə və prospektlərin açılışında, Sumqayıtda yüksəksıxlıqlı polietilən zavodunun təməlqoyma mərasimində, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı barədə materiallar da bu nəşrdə yer alıb. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 71-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub
"İlham Əliyev. İnkişaf- məqsədimizdir" çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb



İlham Əliyev: Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir
"Bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var" - Prezident
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 45-ci cildi çapdan çıxıb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxdı
İlham Əliyev: Borc götürən ölkələr borcu qaytarmalıdır!
Prezident: "Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür"
İlham Əliyev: "Heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz"
İlham Əliyev: "Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir"
İlham Əliyev: Bu, bizi daha da gücləndirir
Ramiz Mehdiyevin kitabı Livanda nəşr edildi
İlham Əliyev Türkmənistana getdi
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 