ONN İnformasiya Agentliyi

İranda məşhur yazıçının kitabı qadağan edildi

İranda məşhur yazıçının kitabı qadağan edildi
17 Sentyabr 2019 - 21:15

Türkiyəli məşhur yazıçı Əlif Şəfəqin “On doqquz dəqiqə otuz səkkiz saniyə” kitabı İranda qadağan edilib.

ONN media qaynarinfo.az -a istinadən xəbər verir ki, iranlı tərcüməçi Əli Salami tərəfindən farscaya tərcümə edilən kitab barədə Tehran Naşirlər və Kitabevləri Birliyi məlumat yayıb. Bildirilir ki, kitabın nəşri və yayılmasına icazə verilməyib.

Qeyd edək ki, “On doqquz dəqiqə otuz səkkiz saniyə” romanı müəllifin sonuncu əsəridir. Kitab daha əvvəl plagiatçılıq ittihamı ilə Mançester Ədəbiyyat Festivalının “Booker” müfafatının namizədlər siyahısından çıxarılıb. Ə.Şəfəq digər türk yazıçı Qəhrəman Çayırlının 2007-ci il tarixli “Fahişələr aldatmaz” romanından oğurluq etməkdə günahlandırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png