ONN media

“Kibercinayətlər” adlı elektron kitab dərc olunub

“Kibercinayətlər” adlı elektron kitab dərc olunub
25 Sentyabr 2019 - 11:29

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən “Kibercinayətlər” adlı elektron kitab hazırlanıb.

Kitabda transmilli cinayətlərin xüsusi növü olan kibercinayətlərin milli və beynəlxalq hüquqi aspektləri araşdırılıb, kibercinayətlərin anlayışı, mahiyyəti, bu cinayətlərlə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ baxımdan təhlil edilib.

Həmçinin, kitabda xarici və ölkədaxili mənbələrə əsaslanaraq, kibercinayətlərin nəzəri və praktiki məqamları elmi cəhətdən araşdırılıb, kibercinayətlərin təsnifatı verilib, yeni cinayət modelləri, xüsusilə kiberterrorizm və kibercinayətlər müqayisəli təhlil edilib, BMT sistemində, Aİ, MDB və bəzi Şərq ölkələrində, Budapeşt Konvensiyası kontekstində Avropa Şurasında kibercinayətlərlə mübarizə və kibertəhlükəsizlik məsələlərinə diqqət ayrılıb. Eyni zamanda, vəsaitdə kibercinayətkarlıqla mübarizə üzrə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının milli qanunvericiliyinə implementasiya məsələləri də öz əksini tapıb.

Hüquqşünaslar, o cümlədən beynəlxalq hüquq mütəxəssisləri və ümumilikdə bu sahəyə maraq göstərən geniş oxucu kütləsi, xüsusilə rəqəmsal texnologiya və internet istifadəçiləri üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının “e-kitablar” bölməsindən əldə etmək ola

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png