ONN İnformasiya Agentliyi

Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq

Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq
10 Mart 2022 - 22:45

Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq.

ONN media bildirir ki, albomda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının son 30 ildə yaradıcılığına daxil etdiyi hərbi vətənpərvərlik mahnı və marşları yer alacaq.

01.02.2022 və 01.05.2022-ci il tarixlərini əhatə edən layihə çərçivəsində “Zəfər nəğmələri” adlı albomunun hazırlanmasında əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.

“Zəfər nəğmələri” adlı albomun təhsil müəssisələrində, səfərbərlik şöbələrində vıə ordu birliklərində yayılması nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png