ONN İnformasiya Agentliyi

Kirpiklərə tuşun düzgün çəkilməsinin əsas qaydaları

Kirpiklərə tuşun düzgün çəkilməsinin əsas qaydaları
12 Fevral 2018 - 12:56

Tuş vasitəsi ilə kirpiklərin uzunluğunu və həcmini artırmaq, baxışı isə daha ifadəli etmək olar.

ONN media Kirpiklərə tuşun düzgün çəkilməsinin əsas qaydalarını və üsullarını təqdim edir.

1. Həcm. Baxışınızı daha ifadəli etmək istəyirsiniz? Müvafiq növ tuşdan istifadə edin və çəkərkən bu qaydaya riayət edin: kirpiklərinizi kökdən uclara doğru boyayın. Tuşu gözlərin daxili künclərindən çəkməyə başlayın və tədricən gicgaha doğru hərəkət edin.

2. Daranma. Tuşun kirpiklərdə topalanmasını və kirpiklərin bir-birinə yapışmasını istəmirsiniz? Kirpiklərinizi həm iç, həm də çöl tərəfdən fırça ilə yaxşıca darayın. Beləliklə, siz kirpiklərdə qalan artıq tuşu yığışdırmış və baxışlarınızı daha ifadəli etmiş olacaqsınız.

3. Gözlərin küncləri. Kirpiklərinizi bilmirsiniz necə boyayasınız ki, onlar hətta gözlərin küncündə uzun olsunlar? Qısa nazik tüklü fırçadan istifadə edin. Kirpikləri boyadıqda gözlərinizi mümkün qədər geniş açın.

4. Kirpiklər üçün daraqlar. İstifadə etdiyiniz kosmetik vasitə duru konsistensiyaya malikdirsə, peşəkar vizajistlərin istifadə etdiyi kirpiklər üçün xüsusi daraqdan siz də yararlanın. Tuşu kirpiklərin kökünə çəkin və quru daraqla onu tüklərin uzunluğu boyunca səliqəli çəkib aparın.

5. Rəng. Çox vaxt sarı saçları olan xanımlar göz makiyajı üçün kömür-qara tuşdan istifadə edirlər, buna görə də bir qədər vulqar görsənirlər. Üzünüzün təbii gözəlliyini vurğulayan çalarlı tuşlar makiyajın daha təbii olmasına yardım edəcəklər.

6. Həddi aşmayın. Kirpiklərin bir-birinə yapışmaması üçün onları necə boyamaq lazımdır? Cavab sadədir – həddindən artıq qat çəkməyin. Gündüz makiyajı üçün 1-2 qat tuş çəkmək kifayətdir, axşam makiyajı üçün isə – 3-4 qat və ya süni kirpiklərdən istifadə etmək. Növbəti qatı əvvəlki qat tamamilə qurumamış çəkmək lazımdır.

7. Kirpiklərin burulması. Kirpikləri zərif formaya salmaq üçün tuşu çəkmədən əvvəl kirpik burandan istifadə edin. Buruq effektli fırçası olan tuş seçin.

8. Uzunluq. Kirpiklərin uzun olması üçün tuşu necə çəkmək lazımdır? Yuxarı və aşağı tükləri boyayın, sonra ovulan kirşan vurun. Növbəti layları ziqzaq hərəkətləri ilə çəkin.
 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png