Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ötən gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı açıqlama verib. Onun azarkeşlərin fikirlərinin əhəmiyyətsiz olması ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb. ONN media xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da Ağacan Abiyevin sözügedən açıqlamasına münasibət bildirib. M.Mənsimov qeyd edib ki, deputatın azarkeşlərlə bağlı belə sözlər deməsi çox yanlışdır: “Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ağlasığmaz bir açıqlama verib. Deputatın “azarkeşlərin gedib öz işləri ilə məşğul olması” ilə bağlı dedikləri məncə, yanlış yanaşmadır, sən xalqın ağası olmaq üçün deyil, onlara xidmət etmək üçün ordasan”. M.Mənsimov bildirib ki, heç bir vətəndaş ölkənin adının məğlublar sırasında olmasını istəməz: “Azarkeş olmasa, futbol olmaz! Azarkeş olmasa, ümumiyyətlə, idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur, əslində, siz yaxşı bilməlisiniz. Komanda uduzursa, “azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur” nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır və millət bayrağının heç vaxt yenilməsini istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək, “gərəksiz azarkeşlər” milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür”. Qeyd edək ki, ötən gün millət vəkili Ağacan Abiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı demokrat.az-a açıqlamasında bu sözləri deyib: “Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir”.
Mənsimovdan deputata cavab: Gərəksiz azarkeş?..



Ağacan Abiyev təltif olundu
İcra başçısı vəzifəsindan uzqlaşdırıldı
Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi
Mübariz Mənsimovdan XƏBƏR VAR
Mənsimov bu tarixdə azadlığa çıxacaq?
Mənsimovdan "Beşiktaş"la bağlı AÇIQLAMA: "Klubuma..."
Mənsimov məşhur futbol klubunu alır?
Mübariz Mənsimovun saxlanılması ilə bağlı "Palmali"dən açıqlama
Mübariz Mənsimov azadlığa çıxır - Qərar
Kəmaləddin Heydərovu Sahil Babayev əvəzləyir - YENİLƏNİB
Artıq mən yaşlanmışam-Millət vəkili
Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır - AZAD OLUNACAQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 