Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq. ONN media xəbər verir ki, "Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir. Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir. 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.
2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq. 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.Bu gün məktəblərdə "Son zəng" çalınır



Bu gün şagirdlər üçün "SON ZƏNG" çalınacaq
Sabah məktəblərdə “Son zəng” çalınacaq
Yeni tədris ilində I sinfə nə qədər şagird gedəcək?
Sabah 102120 nəfər üçün "Son Zəng" çalınacaq
Azərbaycanda virtual “Son zəng” çalındı - VİDEO
Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
Bu il Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb
Azərbaycanda son zəng nə vaxt olacaq?
Nazirdən "Son zəng"lə bağlı ƏMR
Bu il XI sinfi bitirən şagirdlərin sayı açıqlandı
Azərbaycanda bu tarixdə "Son Zəng" çalınacaq
Şuşanın təhsil statistikası AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 