Yanvarın 19-da Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin şəxslərdən 3-ü “isti izlər”lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıblar.
Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olmaları müəyyən edilib.
Faktla əlaqədar Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.



Sumqayıtda evə silahlı basqın edildi
Quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Abşeronda yanacaq məntəqəsinə basqın
Bakıda 3 qardaş tutuldu - QƏTL HADİSƏSİ
Bakıda yaşayış evinə basqın edən dəstə üzvləri tutuldu
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
Oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakıda qəbir daşlarını oğurlayan şəxslər saxlanılıb
Bakıda "07" qaçıran şəxslər HƏBS EDİLDİ
Soyğunçuluq etməkdə şüphəli bilinən şəxslər saxlanılıb
Maskalı şəxslər mağazaya basqın etdi
Bakıda əməliyyat: 2 bacı tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 