Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Xətai rayonundakı “Megafun” əyləncə mərkəzinin ikinci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib. ONN media FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın hadisəsi baş verməyib. Hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti alıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, 53 yaşlı qadın və 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Məlumata görə, daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib. *** 21:57 "Megafun" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur. Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
"Megafun"da partlayış: 10 nəfər...



Bakıda ticarət mərkəzi yanır: General hadisə yerində - Video
Bakıda binada partlayış olub- ÖLƏN VAR
Bakıda yaşayış binasında güclü partlayış olub
Azərbaycanda güclü partlayış olub- Ölənlər var
Bakıda güclü partlayış olub- Xəsarət alanlar var
Bakıda GÜCLÜ PARTLAYIŞ - Yaralı var
“Megafun”dakı partlayışla bağlı açıqlama
Masazırda yaşayış binasında partlayış olub
Gəncədə partlayış: 3 nəfər xəsarət aldı
Nərimanovda yataqxanada yanğın baş verib
Bakıda intihara cəhdin qarşısı alınıb
Binədə güclü yanğın olub- Son durum necədir?- YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 