ONN media xəbər verir ki, tanınmış iqtisadçı yazar Qadir İbrahimli Kəlbəcər Rayon İcra Hakimiyyətinin “Mercedess Benz S350” model minik avtomibilinin alınması üçün tender elan etməsi barədə sosial şəbəkədə status yazıb. Statusu təqdim edirik: “Avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. Təbii ki, bu yalnız Kəlbəcər icra başçısına tanınan hüquq deyil – hər bir rayonun icra başçısı eyni və ya oxşar avtomobildən istifadə edir. Azərbaycanda 77 rayon, 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax + Naxçıvan MR-in mərkəzi Naxçıvan şəhəri) var. Sadə hesablama ilə bəlli olur ki, 88 rayon və şəhər icra başçılarının təkcə xidməti avtomobilinin toplam dəyəri 19,5 milyondur. Buraya avtomobillərə xidmət xərclərini nəzərə alsaq məbləğ daha da artır. Ancaq siyahı təkcə icra başçları ilə qapanmır. Hər bir icra başçısının ən azı 2-3 müavini var. Düzdür, müavinlərin xidməti avtomobili yəqin ki, bir qədər ucuz olar, ancaq istənilən halda ən azı başçının avtomobilininin dəyərinin yarısı qədər olar. Ən minimal hesablamalarla icra başçıları və onun müavinlərinin xidməti avtomobillərinin toplam dəyəri 50 milyonu ötür. Bundan başqa, Nazirlər Kabinetinin tərkibinə 33 mərkəzi icra hakimiyyəti orqanı (nazirlik, dövlət komitəsi və xidməti, agentlik) daxildir. Təbii ki, nazirlərin avtomobilləri icra başçılarından ucuz deyil. 33 mərkəzi icra hakimiyyəti başçısının xidməti avtomobilinin dəyəri ən azı 10 milyon manata yaxındır. Nazir müavinlərinin, baş idərə rəislərinin bahalı avtomobillərinin dəyərini də nəzərə alsaq, bu məbləğ bir neçə dəfə artmış olacaq. Üstəlik də bahalı avtomobillərə xidmət xərcləri də yüksək olur və büdcəyə yüklənir. Təbii sual yaranır – hansı məntiqlə məmurlar büdcə vəsaiti hesabına belə bahalı avtomobillərlə təmin edilməlidir? Minimum əmək haqqı 250, orta aylıq əmək haqqı isə 581 manat olan ölkədə məmurların 220 minlik xidməti avtomobildən istifadə etməsi absurddur. Heç inkişaf etmiş ölkələrin nazirləri belə bahalı avtomobildən istifadə etmir. Yaxşı olar ki, məmurlar 10 dəfə ucuz, dəyər 15-29 min manat olan xidməti avtomobildən istifadə etsinlər, qənaət olunan vəsait hesabına isə aztəminatlı ailələrə uşaq pulunu bərpa etmək olar. Bu həm ciddi bir sosial layihə olar.musavat.com
220 minlik xidməti avtomobil və uşaq pulu gözləyən yoxsullar



Kəlbəcər İcra Hakimiyyəti “Xəzər” maşını aldı
52 yaşında təhsil alıb, hərbi xidmətdə olmayıb...-220 minlik maşın istəyən İH BAŞÇISI HAQQINDA ŞOK
Yeni icra başçıları kollektivə təqdim olundu
Prezident bu nazirə daha bir vəzifə verdi
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR -SİYAHI
Prezidentdən mühüm sərəncam
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
İlham Əliyev yeni icra başçısı təyin etdi
Əzizov onu aparat rəhbəri əvəzi təyin etdi
Azərbaycanda yüksək vəzifəli iki şəxs İŞDƏN ÇIXARILDI
Prezident iki icra başçısının yerini dəyişdi
Gəncə icra başçısına iki yeni müavin təyin edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 