Rusiyanın mobil operatorlarından biri olan "Meqafon" şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir. Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, "Meqafon" Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir. Hətta şirkət öz saytında qondarma "Dağlıq Qarabağı" müstəqil dövlət kimi göstərib. Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb. Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə "Meqafon" şirkətinin cavabı belə olub: "Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir." Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində "Meqafon" şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb. Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının "Meqafon" şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur. Xatırladaq ki, "Meqafon" Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan "Qarabağ Telekom" şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.(Trend)
“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı



“Meqafon” şirkəti əməkdaşlarını cəzalandırdı
"Meqafon" Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi - SON DƏQİQƏ
Rusiya şirkəti Qarabağa görə Azərbaycandan üzr istədi
Vitaliy Milonovun Azərbaycana girişi qadağan olundu
Avstraliyadan açıqlama: Xocalını unutmadıq…
Nazirlikdən Araikin çağırışına REAKSİYA
Azərbaycan Rusiyaya nota verdi
15 il öncə Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq- PAŞİNYAN
"Bakcell"ə yeni rəhbər təyin olundu - FOTO
Azərbaycan bu jurnalistlərə cinayət işi açır
Erməni TƏXRİBATI: Azərbaycandan UFC prezidentinə ETİRAZ
Prezident Azərbaycanla Rusiya arasında saziş təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 