Rusiya paytaxtı Moskvanın cənubi-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda yanğın baş verib.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) paytaxt üzrə baş komitəsinin nümayəndəsi bildirib.
Bazarın mətbuat xidmətindən dəqiqləşdiriblər ki, yanğın təmir işləri həyata keçirilən zonada inşaat zibilinin alışması nəticəsində baş verib. Yanğının sahəsi 250 kvadrat metr təşkil edib. Artıq yanğının lokallaşdırıldığı bildirilir.
FHN-dəki mənbənin sözlərinə görə, bir nəfər zərər çəkib. Ərazidən 150-dən çox insan təxliyyə olunub.
Xatırladaq ki, bazarda ötən həftə də inşaat zibili yanıb. Yanğının sahəsi 300 kvadrat metr təşkil edib.
“Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinə məxsusdur. Bazar Moskva Dairəvi Avtomobil Yolunun kənarında yerləşir və Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır. Ümumi ərazisi 40 hektardan çoxdur. Burada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək və bağ-həyət ləvazimatlarının satışı ilə məşğul olan 8 mindən çox pavilyon fəaliyyət göstərir.
[embed]http://www.youtube.com/watch?v=8UU-n_T9wX4[/embed]



Qod Nisanovun bazarı yanır
SON DƏQİQƏ: Azərbaycanda bazar YANIR
Bakıda idman zalında yanğın
Moskvada dəhşətli yanğın: 67 yanğınsöndürən...
İnzibati binada yanğın baş verdi
Ticarət Mərkəzində güclü yanğın olub
Mərkəzi Bazarda güclü yanğın olub
Ticarət mərkəzində güclü yanğın olub
Sumqayıtda dəhşətli yanğın baş verib
Bazarda baş verən yanğın söndürülüb
Bakıda anbarda YANĞIN
Rusiyanın ən nəhəng gəmisi yanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 