İnfarkt (miokard infarktı) ürək damarlarının bağlanması nəticəsində inkişaf edən patoloji haldır. Damar bağlananda qan ürəyə daxil olmur və ürək əzələsində 20 dəqiqədən sonra nekroz prosesi (ürək hüceyrələrinin məhv olunması) başlayır. Həkimlər qeyd edir ki, xəstəyə infarkt başlayandan 1,5-2 saat (buna "terapevtik pəncərə" deyilir) ərzində ən effektli kömək etmək olar. 2 saatdan sonra müalicənin effektivliyi kəskin azalır, ağır pozulmaların (əlillik, ölüm) riski isə artır. Bu səbəbdən infarktın diaqnozu nə qədər tez qoyularsa və xəstə xəstəxanaya nə qədər tez çatdırılarsa, onun həyatda qalmaq şansı da o qədər yüksək olacaq. Bu səbəbdən hər kəs infarktın simptomlarını və infarkt zamanı ilk yardım qaydalarını bilməlidir. ONN media saglamolun.az-a istinadən infarktın əsas simptomları ilə tanış edir: - Ürək nahiyəsində çox güclü, dözülməz ağrı (xəstələr bu ağrını təsvir edəndə deyirlər ki, "ürəyə sanki xəncər batırıblar"). Ağrı stenokardiya ağrısından qat-qat daha güclüdür. Ağrı kürəyə, qola, çənəyə, qarının yuxarı hissəsinə yayıla bilər. Əgər siz ürək tutması zamanı adətən nitroqliserin qəbul edirsinizsə, infarkt zamanı nitroqliserin yardım etməyəcək. - Ürəkbulanması, bəzən qusma - Güclü narahatçılıq hissi (insan özünə yer tapa bilmir) - Ölüm qorxusu - Soyuq tər - Güclü zəiflik - Baş gicəllənməsi, bəzən bayılma - Təngənəfəslik
- Ürək ritminin pozulması (gah tez-tez vurur, gah seyrəlir). İlk yardım: - Dərhal "təcili yardım" çağırın (tel - 103). İnfarkdan şübhə etdiyinizi qeyd edin. - Xəstəni yarıoturaq vəziyyətdə otuzdurun (uzatmaq olmaz!) - Otağın pəncərəsini açın ki, hava axını artsın - Xəstənin yaxasını açın, kəmərini boşaldın - 1 iri həb aspirin verin (xəstə onu çeynəməlidir) - Xəstənin təzyiqi yüksəkdirsə, dilin altına nitroqliserin həbini qoyun. Hər 5 dəqiqədən bir nitroqliserin verin (3 dəfədən çox olmaz). Təzyiq aşağıdırsa və ya təzyiqi ölçməyə imkan yoxdursa nitroqliserin vermək olmaz, bu kollaps və komaya səbəb ola bilər. Bəzən elə olur ki, xəstə evdə təkdir. Bu halda imkan daxilində özünüzə yuxarıda sadalanan yardım edin və mütləq çöl qapısını açıq qoyun ki, bayılma baş verərsə həkimlər vaxt itirmədən evə daxil ola bilsin.Bu bilgilər sizin və yaxınlarınızın həyatını qurtara bilər!



İnfarkt riskiniz nə qədərdir?- ÖZÜNÜZ ÖLÇÜN
Çərəzin insan orqanizminə inanılmaz faydası
İnfarkt hansı hallarda baş verir?
Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə…– EHTİYATLI OLUN
Koronavirus ürək və beyni belə məhv edir
Qrip zamanı nələr etmək olmaz?
Şəkər xəstələrində infarkt riskinin azaldılması üçün nə etməliyik?
Yeməkləri bu şəkildə yemək ürəyə ziyandır
Ürək döyüntüsünün artması nəyin əlamətidir? VİDEO
Ürək və damarların sağlamlığını qoruyan içki - Həftədə 3 dəfə için!
Bu saatlarda yatmaq infarkt riskini AZALDIR
Ürəyə faydalı olan 7 QİDA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 